Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"A Bola" nəşri: "Joau Felişin baş məşqçi Dieqo Simeone ilə münasibətləri düzəlmədiyi üçün portuqaliyalı futbolçu yanvarda "Atletiko Madrid"dən ayrılmaq fikrindədir.
"Mançester Yunayted" hələ də onu transfer etmək niyyətindədir. Futbolçunu öz heyətində görmək istəyənlər arasında "Liverpul" da var".
"Le Parisien" nəşri: "PSJ "Atletiko Madrid"in hücumçusu Jou Felişi transfer etməyi düşünür. Portuqaliyalı futbolçu yanvarda Madrid klubunu tərk edəcək".
Hücumçu Kilian Mbappe PSJ-dən ayrılmaq istədiyi ilə bağlı yayılan xəbərləri təkzib edib: “Burada xoşbəxtəm və heç vaxt ayrılmaq istəməmişəm. Bu məlumatla heç bir əlaqəm yoxdur. Hamı kimi mən də bu xəbərdən sonra şoka düşdüm. Bundan xəbər tutanda həm mən, həm də ətrafım təəccübləndi. Sadəcə deyə bilərəm ki, bu, tamamilə yalandır”.
"Mundo Deportivo" nəşri: "Vulverhempton"un yarımmüdafiəçisi Ruben Neveş agenti Jorje Mendeş tərəfindən "Barselona"ya təklif olunub.
Emin Şəmsiyev