“Real Madrid” PSJ-nin hücumçusu Kilian Mbappenin mümkün transferindən imtina edib.
Fanat.Az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Fransız futbolçu ötən yay PSJ ilə yeni müqavilə imzalayaraq "Santyaqo Bernabeu"da oynamaqdan vaz keçib.
Son zamanlar Mbappenin bu qərarından peşman olduğu haqda şayiələr gəzir.
Bununla belə, Madrid klubu Kiliana olan marağını itirir. "Real Madrid" rəhbərliyi onun əvəzinə 2024-cü ildə qədər "Mançester Siti"nin norveçli ulduz hücumçusu Erlinq Holandı heyətinə qatmağı planlaşdırır.
Emin