Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"The Telegraph" nəşri: "Maurisio Poçettino "Aston Villa"da Stiven Cerrardı əvəz edə bilər".
"Tuttomercatoweb" saytı: "Nyukasl" "Yuventus"un qolkiperi Voytsex Şesnini heyətinə qatmaq istəyir".
"TodoFichajes" nəşri: "Mbappe PSJ-ni tərk edəcəyi halda, klub rəhbərliyi heyətə 90 milyon avroya "İnter"dən Lautaro Martinesi qatacaq".
"Calciomercato" nəşri: "Mançester Yunayted" ciddi şəkildə "Milan"ın portuqaliyalı ulduzu Rafael Leaunu heyətinə qatmaq qərarına gəlib. Futbolçu öz həmyerlisi Kriştianu Ronaldunun əvəzləyicisi kimi nəzərdən keçirilir".
Emin Şəmsiyev