"Real Madrid"in yarımmüdafiəçisi Marko Asensio karyerasını İngiltərədə davam etdirməyə çox yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Pedro Almeyda sosial şəbəkə hesabı üzərindən yayıb.
Mənbə "Nyukasl" nümayəndələrinin Asensionun agenti Jorje Mendeşlə danışıqlara başladığını, 26 yaşlı futbolçunun cari mövsümün sonunda "sağsağanlar"a qoşulacağını bildirib.
Qeyd edək ki, Asensionun "Real"la müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.
Nihat