Belçika millisinin sabiq futbolçusu Raca Naynqqolan növbəti qalmaqalla gündəmə gəlib.
Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, hazırda "Antverpen"in formasını geyinən Raca "Standard"a 0:3 hesabı ilə uduzduqları matçda ehtiyat oyunçular skamyasında siqaret çəkib.
Qarşılaşmanın ardından ulduz futbolçunun fotosu sosial şəbəkədə yayılıb və böyük rezonans doğurub. Bu hərəkətinə görə "Antverpen"in əsas komandasından uzaqlaşdırılan Raca hazırda əvəzedicilərlə məşq edir.
Qeyd edək ki, oktyabrın əvvəllərində Naynqqolanın sərxoş halda və müddəti bitmiş sürücülük vəsiqəsi ilə avtomobil idarə etdiyi üçün həbs olunduğu barədə xəbərlər yayılmışdı. Yarımmüdafiəçinin daha sonra girov qarşılığında azadlığa buraxıldığı bildirilmişdi.
Nihat