İspaniyanın "Marca" nəşri "Real Madrid"in prezidenti Florentino Peresin 2000-ci ildə verdiyi vədi açıqlayıb.
Fanat.Az xəbər verir ki, ünlü dərgi tanınmış funksionerin dediklərini belə çatdırıb:
"Real Madrid"in prezidenti olsam, dünyanın ən yaxşı futbolçuları Madriddə oynayacaq. Onlar buraya təkcə pul qazanmağa deyil həm də sinəsində daşıdığı loqotipi ən gözəl şəkildə təmsil etməyə gələcəklər"
Oktyabrın 17-si Florentino Peres Silvio Berluskonini keçərək oyunçuları ən çox “Qızıl top”u qazanan klubun prezident olub.
Emin