"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində baş tutan matçda - "Tottenhem"lə oyunda (2:0) Kriştianu Ronaldunun final fitini gözləmədən ehtiyat oyunçular skamyasını tərk etməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Sky Sports" niderlandlı mütəxəssisin dediklərini belə çatdırıb:
"Onu gördüm, amma heç nə demədim. Etdiyi hərəkətə önəm vermirəm. Bu işlə sabah (bu gün - red.) məşğul olacağam".
Qeyd edək ki, bu qələbə sayəsində xal hesabını 19-a çatdıran MY turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Nihat