Niderland birinci divizionunda 12-ci tura start verilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" səfərdə "Herakles"lə üz-üzə gəlib. Kökçünün komandası 0:3 hesabı ilə uduzub.
Ozan Can da bu görüşün iştirakçısı olub. O, meydana start heyətində çıxıb və 79-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Eyndhoven" hazırda turnir cədvəlində 22 xalla 3-cüdür. Sıralamaya 28 xalla "Herakles" liderlik edir.
Emin