"Nant"ın futbolçusu Andrey Cirotto Fransada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi matçla bağlı bunları deyib:
"Çox vacib qarşılaşma olacaq. Bakıda "Qarabağ"a uduzmuşduq. Evdə qalib gəlməliyik. Bunun üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək "Nant" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.