"Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən oyundan - "Vest Hem"lə matçdan (1:0) öncə "qırmızı şeytanlar"ın hücumçusu Kriştianu Ronaldunun klubun əfsanələrindən sayılan Qari Nevillin əlini niyə sıxmadığının səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Daily Mail" Ferdinandın dediklərini belə çatdırıb:
"İnanmıram ki, Nevill zəng vuracağı halda, Ronaldu ona cavab verə. Kriştianunu tanıdığım üçün hər şeyin bitdiyinə əminəm. Mən Ronaldunun yerinə olsaydım, başqa cür davranardım. Ola bilsin ki, yaxınlaşıb əl uzadar, "Qari sən çox danışırsan" deyər, sonra gedərdim. Yəni yüngülvari "iynə" ilə kifayətlənərdim. Bilmirəm, insanlar niyə Ronaldunun səhv addım atdığını düşünür. Axı heç bir futbolçu ekspertin onu sərt şəkildə tənqid etməsinə şad ola bilməz. Kriştianu Nevillin hörmətini həmişə saxlayıb və əvvəllər ona qarşı tam fərqli münasibət bəsləyib".
Qeyd edək ki, Ronaldu bu mövsüm İPL-də 9 matça çıxaraq 1 qol vurub.
Nihat