Şotlandiyanın "Reyncers" klubu Çempionlar Liqasının antirekorduna imza atıb.
Fanat.Az xəbər verir ki, qrup mərhələsinin bütün oyunlarında uduzan Qlazqo təmsilçisi turnir tarixinin ən pis nəticəsini "- 20" (2-22) top fərqi ilə reallaşdırıb.
Əvvəlki antirekord Mahir Emrelinin komandasına - Zaqreb "Dinamo"suna məxsus idi. Xorvatiya təmsilçisi 2011/2012 mövsümündə ÇL-in qrupunda 6 yenilgi acısı dadmış, 22 qol "yemiş" sadəcə olaraq, 3 dəfə rəqib qapısına yol tapdığı üçün turniri "-19" top fərqi ilə tərk etmişdi.
Qeyd edək ki, "Reyncers" son turda öz meydanında "Ayaks"a uduzub - 1:3.
Nihat