"Bayern Münhen"in müdafiəçisi Benjamin Pavar klubu tərəfindən cəzalanıb.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, buna səbəb onun ötən ay sərxoş halda avtomobil idarə edərkən saxlanılmasıdır.
Fransa ilə dünya çempionu olan futbolçunun sürücülük vəsiqəsi ləğv edilib. Klubun idman direktoru Həsən Salihamidjiç Pavarın intizam pozuntusundan xəbər tutduqdan sonra onu ağır cərimələyib. Almaniya nəşri bunun beşrəqəmli məbləğ olduğunu yazıb.
Benjamin Pavar son vaxtlar formada düşüb və "Bayern Menhen"in əsas heyətində yerini itirib. Almaniya çempionu onunla müqavilənin uzadılması barədə danışıqdan imtina edir.
Mirağa