Çempionlar Liqasının son turunda "Dinamo Zaqreb"ə 2:1 hesabı ilə qalib gələn "Çelsi"nin futbolçusu Meyson Maunt matçın oyunçusu elan edilib.
Fanat.Az xəbər verir ki, Mount qarşılaşmadan sonra aldığı mükafatı təəccüblə qarşılayıb.
Vinger buna layiq olmadığını deyib: "İndi oyunu düşünəndə yalnız mənfi şeyləri düşünürəm. Topu çox itirmişəm. Həmişə oyundan sonra nəyin yaxşı olmadığını düşünürəm. Komanda yoldaşlarım adətən mənə sataşırlar kii, layiq olmadığım mükafatlar alıram. Amma bu dəfə onlar haqlıdırlar. Denis Zakaria inanılmaz idi, o, bu mükafata məndən daha çox haqq edirdi".
Mirağa