"Barselona"nın prezidenti Joan Laporta komandanın sabiq müdafiəçisi Jerar Pikenin futbolu tərk etmək qərarına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, AS nəşri klub rəhbərinin bu barədə dediklərini belə çatdırıb:
"Pike həmişə "Barselona"nın bir parçası olaraq qalacaq. O, mənim üçün həmişə nümunə olub, onunla işləmək böyük şərəf idi. Onun ayrılması ilə bağlı razılaşma hələ də davam edir. Jerar kluba kömək etməkdə davam edəcək".
Emin