"Mançester Siti"nin hücumçusu Erlinq Holand son 10 oyununda 16 qol vuraraq İngiltərə Premyer Liqası tarixinin bu sayda matçda qeydə alınan ən yaxşı nəticəsini - sabiq "Liverpul"lu Luis Suaresin rekordunu təkrarlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı İPL-in rəsmi "Twitter" səhifəsi yayıb.
35 yaşlı Suares 2011-ci ilin yanvarından 2014-cü ilin iyulunadək "Liverpul"da çıxış edib. Ümumilikdə "qırmızılar"ın forması ilə 133 görüşdə meydanda olan cənubi amerikalı 82 qol və 47 məhsuldar ötürmə ilə yadda qalıb.
22 yaşlı Holand "Mançester Siti"yə bu ilin yayında Dortmund "Borussiya"sından transfer olunub. Norveçli ulduz "şəhərlilər"in futbolçusu kimi çıxdığı 17 oyunda 23 qol vurmağı, 3 məhsuldar ötürmə etməyi bacarıb.