"Barelona"nın baş məşqçisi Xavi klub rəhbərliyin komandanın müdafiəçisi Jordi Alba ilə yolları ayırmaq planını dəstəkləyib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.
Xəbərə görə, sözügedən mütəxəssis və Kataloniya təmsilçisinin idarəçiləri son görüş zamanı futbolçunu satışa çıxarılmasının daha uyğun variant olduğu ilə bağlı razılığa gəliblər.
Xəbərdə Albanın böyük ehtimalla, bu qış "Napoli"yə keçəcəyi bildirilib.
Qeyd edək ki, "Barsa"nın öz yetirməsi olan Jordi bu mövsüm əsas heyətdəki yerini itirib.