Argetnina Çempionlar Kubokunun qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, kuboku "Rasinq" qazanıb. Komanda həlledici matçda "Boka Xuniors"u məğlub edib - 2:1.
Qarşılaşma gərgin keçib. Hətta görüşün baş hakimi Fakundo Tello 10 futbolçunu meydandan qovub. Belə ki, 118-ci dəqiqədə Karlo Alkarasın qələbə qolunu qeyd etməsindən sonra dava düşüb. Nəticədə "Rasinq"dən 3, "Boka Xuniors"dan 7 oyunçu meydandan qovulub. Bundan sonra oyun bərpa edilmədən başa çatıb.
Emin