"Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola DÇ-2022-yə İngiltərə Premyer Liqasında yaranacaq fasilə zamanı gələcəyi ilə bağlı qərar verəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Qeyd olunub ki, mütəxəssisin həyat yoldaşı Kristinanın məşqçinin qərarlarında böyük təsiri var. "Mançester Siti" hazırda Qvardiolanın yayda klubdan ayrılması variantını nəzərdən keçirmir və gələcək planlarını onun klubun baş məşqçisi olaraq qalacağını düşünərək qurur.
51 yaşlı mütəxəsəssisin Mançester təmsilçisi il müqaviləsi 2023-cü ilin yayında başa çatır. O, 2016-cı ilin yayından komandanı çalışdırır. Qvardiola “Mançester Siti” ilə birlikdə 11 kubok qazanıb, o cümlədən 4 dəfə İngiltərə çempionu olub.
Qeyd edək ki,mundial noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.
Emin