Heyətində Robert Levandovski, Rafinya, Usman Dembele, Memfis Depay, Ferran Torres və Ansu Fati kimi hücumçular olan "Barselona" daha bir forvardla güclənməyə yaxındır.
Fanat.Az İspaniyanın "Sport" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu “Kristal Pelas”dan Vilfrid Zahanı sıralarına qatmağa hazırlaşır.
2015-ci ildən “Mançester Yunayted”dən “Kristal Pelas”a keçən 29 yaşlı cinah oyunçusunun müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq. Beləliklə, o, "Barselona"ya azad agent kimi gələ bilər.
Zaha ötən mövsüm "Kristal Pelas"ın heyətində 31 oyunda 14 qol vurub, bu mövsüm isə 12 oyunda 6 dəfə fərqlənib.
Mirağa