İspaniya çempionatının 13-cü turunda səfərdə "Rayo Valyekano"ya 2:3 hesabı ilə uduzan "Real Madrid" bununla da La Liqada bu mövsümün ilk məğlubiyyətini alıb.
Fanat.Az xəbər verir ki, gözlənilməz nəticənin qeydə alındığı matçda bir maraqlı hadisə də yaşanıb.
"Kral klubu"nun futbolçusu Federiko Valverde oyunun gedişində qüvvətli zərbə ilə yaxınlıqdakı binanın sakinlərini hədəf alıb. Məsələ burasındadır ki, Madriddə yerləşən Rey stadionunun yanında yaşayış binası var. İnsanlar oyunu mənzillərin eyvanından izləyirlər. Bu dəfə Valverde qapıya göndərmək istədiyi topu binanın sakinlərinə ünvanlayıb. Bu, izləyicilər tərəfindən əyləncəli qarşılanıb:
Valverde’s shot against Rayo actually ended up in an apartment’s balcony. 🚀👨🚀🤣
— Black Bleed (@Vester_vee) November 7, 2022
Camavinga Modric Vardrid Tchouameni Benzema La Liga #T20WorldCup2022 Courtois Kroos pic.twitter.com/fljrEF9P6g
Mirağa