İngiltərənin "Liverpul" klubunun yeni müştərisi var.
Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, bu, "Dubai Holding" investisiya şirkətinin nəzdində olan "Dubai International Capital"dır.
Xəbərə görə, hələ 2007-ci ildə "qırmızılar"ın səhmlərinə sahib çıxmaq istəyən və 300 milyon avroluq təklifi geri çevirilən "Dubai International Capital" bu dəfə 4,9 milyard avrosundan keçməyə hazırdır.
Xatırladaq ki, daha öncə "Fenway Sports Group"un prezidenti və "Liverpul"un indiki sahibi Con Henri klubu hansı məbləğə satmaq istədiyini açıqlamışdı. Amerikalı iş adamı 4,6 milyard avro qarşılığında mersisaydlıları yeni sahibinə təhvil verməyə hazır olduğunu bildirmişdi.
Nihat