Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Mundo Deportivo" nəşri: “Nyukasl Yunayted” Yannik Karrasko üçün “Atletiko Madrid”ə təklif göndərməyə hazırdır".
"O Jogo" saytı: “Mançester Yunayted” “Sportinq”in gənc ulduzu Abdul Fatavu İssahakı izləyir".
"Mançester Yunayted"in keçmiş hücumçusu Teddi Şerinqem hesab edir ki, klub Kilian Mbappeni yox, Harri Keyni almalıdır: "Mbappe "Mançester Yunayted"ə lazım ola bilər, amma onun kimi futbolçular artıq klubda var. Fikrimcə, "Mançester Yunayted"ə hazırda Harri Keyn lazımdır".
"El Nacional" nəşri: "Nyukasl" "Real Madrid"in yarımmüdafiəçisi Eden Hazard üçün ən real seçimdir".
"Teamtalk" saytı: "Tottenhem" yeni qapıçı almaq istəyir".
Emin Şəmsiyev