Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Fabritsio Romano, insayder: “Arsenal” Donetsk “Şaxtyor”undan Mixail Mudriki alacaq".
Fabritsio Romano, insayder: “Milan” Pyerre Kalyulyu ilə müqaviləni 2027-ci ilin iyununa qədər uzatmaq üçün tam razılığa gəlib".
"Diario Sport" saytı: "Barselona" sol cinah müdafiəçisi Markos Alonsoya yeni müqavilə təklif etmək üzrədir".
"Fichajes" nəşri: "Nyukasl" qış transfer pəncərəsi üçün komandanı gücləndirmək üçün La Liqadan üç oyunçunu heyətinə qatmağı planlaşdırır. Qısa siyahıda "Betis"in yarımmüdafiəçisi Nabil Fekir, "Atletiko"nun vingeri Yannik Karrasko və "Vilyarreal"ın müdafiəçisi Pau Torres yer alıb".
Nikolo Skira, insayder: "Atletiko Madrid" ciddi şəkildə məşqçi dəyişikliyini düşünür, Dieqo Simeone yaxın həftələrdə postundan uzaqlaşdırılacaq.
52 yaşlı argentinalı mütəxəssisi Luis Enrike və ya Maurisio Poçettino əvəz edə bilər”.
Emin Şəmsiyev