"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone PSJ-nin hücumçu Joau Felişlə maraqlanması ilə bağlı yayılan xəbərlərə cavab verib və portuqaliyalının klubu tərk etməyəcəyinə ümid edir.
Fanat.Az xəbər verir ki, "Sport.es" saytı klub çalışdırıcısının dediklərini belə çatdırıb:
“O, bizim bombardirlərimizdən biridir və bu yaxınlarda üç qol vurub. Ümid edirəm ki, o, bizimlə qalıb, göstərdiyi səviyyədə çıxış edib, irəliləyiş göstərə bilər. O, məqsədi olan oyunçudur və ona ehtiyacımız var”.
Emin