Qışda böyük ehtimalla, "Mançester Yunayted"i tərk edəcək Kriştianu Ronaldunun yerini iki ulduz hücumçudan biri tuta bilər.
Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın bossları PSJ-nin forvardı Kilian Mbappeni transfer etməyin planlarını cızır.
Bu keçidin maddi tərəflərini qarşılamağa hazır olan MY rəhbərliyinin alternativ variantının "Napoli"nin futbolçusu Viktor Osimhen olduğu vurğulanıb.
Qeyd edək ki, Ronaldu "Talk TV"-yə müsahibəsində klub rəhbərliyini xəyanətdə suçlayıb, baş məşqçi Erik ten Haqa isə hörmət etmədiyini açıqlayıb. Ardından isə jurnalist Pirs Morqan 37 yaşlı portuqaliyalının müsahibə üçün ona şəxsən müraciət ünvanladığını və deyəcəklərinin rezonans doğuracağını öncədən bildiyini söyləyib.