Kriştianu Ronaldunun "Mançester Yunayted"lə problemləri davam edir.
Fanat.Az xəbər verir ki, portuqaliyalı hücumçu artıq komandanın “WhatsApp” qrupundan çıxarılıb.
Məlumatı özəl olaraq “Indykalia News” yayıb. Bu qərara görə kimin cavabdeh olduğu hələlik məlum deyil. Bununla belə, mənbə bildirib ki, qrup administratorları kapitan Harri Maquayr və Skott Maktomineydir.
Bunun Ronaldunun ötən həftə şok effekti verən açıqlamalarından sonra baş verdiyi güman edilir. Portuqaliyalı verdiyi müsahibədə MY tərəfindən xəyanətə uğradığını və baş məşqçi Erik ten Haqa hörmət etmədiyini açıqlayıb. Ulduz futbolçuya sanksiyaların (1 milyon funt sterlinq və müqavilənin ləğvi) tətbiq olunacağı iddia olunur.
Mirağa