Ulduz veteran Devid Bekhem qalmaqallı müsahibə ilə gündəmə gələn Kriştianu Ronaldunu dəstəkləyir.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, ABŞ-ın "İnter Mayami" klubunun sahibi olan Bekhem "Mançester Yunayted"in Ronalduya münasibətini hörmətsizlik sayır.
Xəbərə görə, daha öncə MY-də "7 nömrə" qismində top qovmuş Devidin klubun bir neçə futbolçusunun Ktiştianunun ünvanına tənqidi fikirlər səsləndirməsindən də narazıdır. Mənbə Bekhemin 37 yaşlı portuqaliyalını öz klubuna dəvət etməyi planlaşdırdığını da vurğulayıb.