Fransa millisinin və "Real Madrid"in hücumçusu Kərim Benzemanın durumuna aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, yığmanın son məşqini 15 dəqiqə sonra axsayaraq tərk edən "Qızıl top"un sahibi "L'Equipe" nəşrinə bu barədə açıqlama verib:
“Risk edib-etməmək məsələsi deyildi. Sadəcə, məşqi davam etməyə yüz faiz hazır deyildim. İndi yaxşıyam. Kiçik diskomfortlarım var idi, amma böyük zədəm yoxdur. İdman zalında yaxşı işləyirəm. Qaçdım, tullandım, uzandım - problem olmadı”.
Qeyd edək ki, Qətərdə keçiriləcək dünya çempionatının əsas favoritlərindən olan Fransanın hücum xəttində qeyri-müəyyənlikdir. Baş məşqçi Didye Deşamın rəhbərlik etdiyi komandada dünən Kristofer Nkunku da zədələnib.
Son dünya çempionu Fransa DÇ-2022-də D qrupunda Avstraliya, Danimarka və Tunislə mübarizə aparacaq.
Mirağa