Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
İnsayder Xose Feliks Dias: "Real Madrid" sabiq futbolçusu Kriştianu Ronaldunu qaytarmaq fikrində deyil. Kral klubu hücumçusu Kərim Benzemanın sıradan çıxmasına baxmayaraq, "Mançester Yunayted"dən ayrılmağa hazırlaşan forvardı heyətinə qatmaqda maraqlı deyil".
İnsayder Fabritsio Romano: "Napoli"nin müdafiəçisi Kim Min Çje yanvarda "Napoli"ni tərk etməyəcək. 26 yaşlı yarımmüdafiəçinin A Seriyası təmsilçisi ilə cari müqaviləsinin müddəti 2025-ci ilə qədər qüvvədədir. İtaliya klubunun rəhbərliyi Cənubi Koreya millisinin üzvü və 21 yaşlı hücumçusu Xviça Kvaratsxeliya ilə sözləşməni yeniləmək fikrindədir. Hər iki futbolçu ilə anlaşma gələn il imzalanacaq."
"Sport": "Real Madrid" rəhbərliyi zədəli hücumçusu Kərim Benzemanın yerinə "Milan"ın futbolçusu Rafael Leaunu namizəd görür. La Liqa təmsilçisi 23 yaşlı forvard uğrunda "Barselona" ilə mübarizə aparacaq. Klubun baş məşqçisi Karlo Ançelotti prezident Florentino Peresi transferi yanvarda reallaşdırmağa razı salıb.
"Rossonerlər" də Leaunin satışı variantını nəzərdə keçirəcək. Belə ki, 23 yaşlı futbolçu klubu ilə müqaviləni uzatmaq niyyətində deyil. Ona görə də "Milan" 2024-cü ildə müqaviləsi başa çatacaq forvardı pulsuz itirməmək üçün satılmasına razılıq verə bilər. Transferin 80 milyon avroya reallaşacağı bildirilir".
"Football Insider": "Aston Villa" yanvarda "Vilyareal"ın hücumçusu Semüel Çukvuezeni heyətinə qatmağı planlaşdırır. İngiltərə klubunun yeni baş məşqçisi Unai Emeri onunla yenidən işləmək üçün La Liqanı tərk etmək istəyən 23 yaşlı nigeriyalı ilə yenidən birləşmək istəyir".
İnsayder Fabritsio Romano: "Yuri Tilemans "Lester"dən ayrılacaq. Komandanın lideri İPL təmsiisrarına baxmayaraq, gələn yay başa çatacaq müqaviləsini yeniləmək fikrində deyil. Tilemans yeni kluba azad agent qismində keçmək niyyətindədir".
Röya Kərimli