"Borussiya" (Münhenqladbax) hücumçusu Markus Türamı qışda satmaq niyyətindədir.
Fanat.Az xəbər verir ki. bu barədə insayder Nikolo Skira məlumat yayıb. Bundesliqa klubu onun satışından 10 milyon avro gəlir əldə etməyi planlaşdırır. Əks halda, o, yayda azad agentə çevriləcək və klubu pulsuz tərk edəcək. Belə ki, onun klubla müqaviləsinin müddəti cari mövsümün sonuna kimidir.
Məşhur fransız müdafiəçi Lilian Türamın oğlu olan Markusla "İnter" və "Bayern Münhen"in yaxından maraqlandığı bildirilir.
25 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 17 oyuna çıxıb, 13 qol vurub, 4 məhsuldar ötürmə edib.
Mirağa