"Real Madrid"in hücumçusu Marko Asensio kareyrasını "Barselona"da davam etdirmək istədiyi barədə yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "El Chiringuito" 26 yaşlı Asensionun dediklərini belə çatdırıb:
"Barselona" mənim üçün heç vaxt karyeramı davam etdirəcəyim yer olmayıb. "Real"da xoşbəxtəm və özümü burada yaxşı hiss edirəm. Əlbəttə, bu da var ki, səni gələcəkdə nə gözlədiyini öncədən deyə bilməzsən".