Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Media Foot": "Mançester Yunayted" "Lill"in hücumçusu Conatan Devidə elçi düşüb. "Qırmızı şeytanlar" Kanada millisinin futbolçusu uğrunda "Nyukasl"la mübarizə aparacaq. Belə ki, "sağsağanlar" yanvarda Devidi heyətinə qatmağı planlaşdırır.
22 yaşlı forvard mundialın gənc ulduzlarından hesab olunur. "Nyukasl"ın baş məşqçisi Eddu Xau digər top-klublar da irəli atılmamış transferi həyata keçirmək niyyətindədir".
"Calciomercato": "Çelsi" icarə əsasında "İnter"də çıxış edən Romelu Lukakunu geri qaytaracaq. "Neradzurri" Lukakunu satınalma yerinə icarə sözləşməsini 1 il müddətinə uzatmağı planlaşdırırdı. Lakin artıq vəziyyət dəyişib. "Zadəganlar" Belçika millisinin hücumçusunu mövsümün sonunda daha yaxşı qiymətə satmaq fikrindədir. Milan klubunun isə bu mübarizəyə qoşulacağı real görsənmir".
"Sport": "Kilian Mbappe PSJ-ni İngiltərə Premyer Liqası klubuna dəyişmək istəyir. Fransa millisinin hücumçusu yanvarda Paris təmsilçisindən ayrılmaq fikrindədir. O, yaxşı məbləğ təklif olunarsa, PSJ rəhbərliyindən onu satmasını xahiş edib. Top-klublar yüksək qiymətə baxmayaraq Mbappeni transfer etməyə can atırlar. "Mançester Yunayted" digər komandalara nisbətən Kilianı qane edəcək məbləği ödəməyə qadirdir.
Qeyd edək ki, "Liverpul" və "Real Madrid" də Kilian Mbappeni almağa namizəddir.
"Mundo Deportivo": "Barselona" yarımmüdafiəçisi Frenki de Yonq və qapıçısı Mark-Andre ter Şteqen ilə maaşların azalması ilə bağlı danışıq aparıb. Daha əvvəl onlar buna etiraz etsələr də, bu dəfə niderlandlı və almanıyalı futbolçular müqaviləni dəyişməyə razı olaraq maliyyə sıxıntısı yaşayan kluba kömək olmağa çalışıblar".
Röya Kərimli