"Bayern Münhen"in cari mövsümün sonunda heyətə qatmağı hədəflədiyi futbolçunun kimliyi bəlli olub.
Fanat.Az xəbər verir ki, informasiyanı " Bayern & Germany" Münhen klubunun idman direktoru Hasan Salihamiciçə istinadən yayıb.
Almaniya nəhənginin gələn yay "Layptsiq"in 25 yaşlı yarımmüdafiəçisi Konrad Laymeri transfer etməyi hədəflədiyi açıqlanıb. Artıq avstriyalı futbolçunun indiki klubunun yeni anlaşma təklifini geri çevirdiyi vurğulanıb.
Qeyd edək ki, "Liverpul" və "Çelsi"nin də transfer siyahısına düşən Laymer bu mövsüm "Layptsiq" forması ilə ümumilikdə 6 oyuna çıxıb, məhsuldar göstəricilərlə yadda qalmayıb.