"Roma" yeni transferini həyata keçirib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
Xəbərə görə, A Seriyası təmsilçisi "Budyo-Qlimt"dən Ola Solbakkeni heyətinə cəlb edib.
24 yaşlı hücumçu ilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Futbolçu yeni komandasına gələn ilin yanvar ayından qoşulaşacaq.
Norveçli oyunçu "Roma"da 18 nömrəli forma ilə çıxış edəcək.
Röya