İtaliyanın "Yuventus" klubu yeni qapıçı transfer etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, Turin təmsilçisi "Atalanta"nın icarə əsasında "Kremoneze"də çıxış edən gənc qolkiperi Marko Karnesekkini heyətinə qatmağı hədəfləyib. "Yuve" bosslarının Markoya klubun gələcək "1 nömrə"si gözüylə baxdığı və bu transferin turinlilərin prioritet hədəfi olduğu vurğulanıb.
Qeyd edək ki, sözügedən "çərçivə" qoruyucusu bu mövsüm A Seriyasında 6 matça çıxıb.