"Real Madrid"ın yarımmüdafiəçisi Toni Kroos sabiq klubu "Bayern Münhen"dən təklif alıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.
Mənbə 2007-2014-cü illər aralığında Almaniya nəhənginin formasını geyinən Kroosun bu yay ona ünvanlanan çağırışı geri çevirdiyini vurğulayıb.
Qeyd edək ki, daha öncə sözügedən futbolçunun "Real"ın yeni anlaşma istəyinə cavab vermədiyi bildirilmişdi.