17:42 20.08.2020 1204

Millimiz məşqlərə başladı

Azərbaycanın olimpiya idman növləri üzrə bəzi milli komandaları hazırlığa start veriblər.

Fanat.Az xəbər verir ki, boks, güləş, taekvondo və cüdo yığmaları açıq havada məşqlərini davam etdirirlər.

Taekvondo yığmasının baş məşqçisi Elnur Amanov bildirib ki, milli komanda Heydər Əliyev Mərkəzinin ərazisində hazırlaşır.

Mütəxəssis artıq iki gündür ki, məşqə başladıqlarını söyləyib: "İdmançılardan yarıdan çoxu bizimlə məşq etmir. Bəziləri rayondadır, 4 nəfər - Milad Beigi Harçeqani, Radik İsayev, Payam Qubadi və Qaşim Maqomedov Azərbaycanda deyil. Hazırda 7 nəfərlə məşq edirik. Gözləyirik ki, karantin rejimi daha da yumşaldılsın və normal məşqlərimizə qayıdaq. Küçədə məşq etmək alınmır. İdmançıların paltarlarını dəyişməyə yeri olmur, yığma komanda üçün bir az çətindir. Ümid edirik ki, sentyabrın 1-də idman zalları açılacaq və normal məşq edə biləcəyik. İdmançılar bir gün bulvarda, digər gün isə Heydər Əliyev Mərkəzinin ərazisində hazırlaşır". 

Azərbaycan Boks Federasiyasının Mətbuat xidmətinin rəhbəri Tahir Hümmətov da milli komanda üzvlərinin açıq havada məşq etdiyini söyləyib: "Əsasən fiziki təmrinlər üzərində çalışırıq. Təlim-məşq toplanışına gəlincə, bu, Operativ Qərargahın qərarından asılı olacaq. Qapalı məkanlarda məşqlərə icazə verilən gündən zalda hazırlığa başlayacağıq". 

Azərbaycanın yunan-Roma və sərbəst güləş yığmaları da məşqlərə start verib. Federasiyadan bildirilib ki, karantin rejiminin yumşaldılmasından sonra yüngül məşqlərə başlanılıb: "Tam formadan düşməmək üçün açıq havada məşqlərə icazə verilib. Güləşçilər əsasən fiziki hazırlığa üstünlük verirlər. Karantin tam ləğv olunsa, bütün yığma komandalar, o cümlədən gənclər və yeniyemələr yenidən öz bazamızda təlim-məşq toplanışına start verəcək. Ancaq hələ yarışlar yoxdur. Sentyabr və oktyabrdakı beynəlxalq turnirlər də təxirə salındı. Ona görə də hazırda ciddi məşqlərə böyük ehtiyac duyulmur". 

Cüdo federasiyasından da karantin qaydalarına ciddi şəkildə nəzarət olunaraq açıq havada fiziki məşqlərin yerinə yetirildiyi bildirilib.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

16:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

10:20

Klublararası dünya çempionatında son 1/4 finalçılar müəyyənləşir

10:01

"Beş-altı qol vura bilərdik" - Bernardu Silva "Əl-Hilal"a məğlubiyyətin səbəblərini dedi

09:23

David Ançelotti atasının "Real"da gənclərə güvənməməsindən danışdı - "Onlara böyük pullar yatırılıb"

09:00

"Mançester Siti" "Əl-Hilal"la bacarmadı

01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

20:07

"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

19:49

Azərbaycan idmançısı Xorvatiyada medal qazandı

19:20

"Portu"nu italiyalı məşqçi çalışdıracaq

Facebookdan bizi izləməyi unutmayın.
X