17:59 22.10.2020 901

Döyüşün gedişatını dəyişən PUA-lar: “Gör və məhv et” düşmənin canına qorxu salır - FOTOLAR

Azərbaycanın işğal altında olan torpaqları azad etmək üçün sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dünyaya "XXI əsrdə müharibə necə aparılar?” mövzusunda dərs oldu. Hətta bu gün Müdafiə Sənayesi Nazirliyi "İti qovan” adını verdiyi PUA-nı ictimaiyyətə təqdim etdi. Bu döyüşlərdə Azərbaycanın ən müasir silahlardan istifadə etməsi qlobal güclərin də diqqətini çəkdi. Hətta düşmən də bunu etiraf etməli oldu. Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan Azərbaycanın üstünlüyünü belə etiraf edib: "Hazırda Qarabağda fövqəldövlətlərin arsenalında olan texnikadan istifadə olunur. Bu, yeni PUA, yüksək dəqiqlik raketləri, raket-artilleriya kompleksi, REB sistemləridir. Biz beşinci nəslin müharibəsini görürük”.

Burada əsas yeri isə dronlar tutur. Türkiyə və İsraildən alınan, həmçinin Azərbaycanın özünün istehsal etdiyi Pilotsuz Uçuş Aparatları (PUA) Ermənistan ordusunun məhv edilməsində müstəsna rol oynayır. 

Azərbaycanın hazırda döyüşlərdə istifadə etdiyi PUA-ların xarakteristikasına aid açıq mənbələrdə olan məlumatları təqdim edirik:

Yerli "Zərbə”

İlk olaraq özümüzün, Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "Zərbə” dronlarından başlayaq.

2016-cı il sentyabrın 21-də mərhum nazir Yavər Camalov bu PUA haqda Prezident İlham Əliyevə təqdimat edərkən məlumat vermişdi.

Belə ki, "Zərbə” Müdafiə Sənayesi Nazirliyi "Şərq” İstehsalat Birliyinin "AZAD Sistemlər” müəssisəsində hazırlanır və müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malikdir.



Qurğuda xüsusi izləmə mini optik kamerası yerləşdirilib. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir.  "Zərbə” PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir. Həmçinin partladıcı gücə malik yeni aparat qəlpəli fuqaslı piyada əleyhinə, müxtəlif texnikaya və canlı qüvvəyə qarşı effektivdir. Aparat əməliyyat baxımından xüsusi avadanlıqlarla təchiz edilmiş yüksək keçid qabiliyyətinə malik "K1-Zərbə” mobil xüsusi zirehli maşına quraşdırılıb və istənilən zaman düşmənə sarsıdıcı zərbə endirə bilər. 

2016-cı ilin aprel hadisələri zamanı da "Zərbə” PUA-larından istifadə olunub. Azərbaycan 2013-cü ildə İsraillə birgə "Orbiter-2M” və "Aerostar” tipli PUA-lar istehsal edib. Azərbaycan həmçinin, "Orbitr-4” və "Orbitr-3” müşahidə-kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları da istehsal edir. Lakin bu dronlar haqda geniş məlumat yoxdur.

"Bayraktar TB2”

Daha sonra isə son günlərdə öz adını Azərbaycan xalqına sevdirən və bütün dünyaya tanıtdıran Selçuk Bayraktarın müəllifi olduğu "Bayraktar” PUA-ları haqda məlumat verək.

Türkiyənin istehsal etdiyi bu dronlar iki cür olur: silahlı və silahsız.

"Baykar” şirkəti "Mini”, "DİHA”, "Malazgirt”və "Bayraktar TB2” dronları istehsal edir. "Mini”, "DİHA”, "Malazgirt” dronları müşahidə və kəşfiyyat məqsədləri üçün istifadə olunur. Bu dronlar yüksək keyfiyyətə malik kameralarla təchiz edilib, görüntü və rəqəmsal məlumat ötürmə xüsusiyyətinə malikdir.



Onların ən müasiri isə "Bayraktar TB2” zərbə dronudur. Məlumata görə, Azərbaycan Türkiyədən "Bayraktar TB2” PUA-sını idxal edib. İstehsalçısı "Baykar Makina" şirkətinin texnoloji imkanları sayəsində kompleksin bütün detalları yerli və milli marka altında istehsal olunur. Buna görə də Azərbaycanın bu PUA-lardan istədiyi qədər ixrac etməyə imkanı var.

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 14-də "France 24” televiziya kanalına müsahibəsi zamanı jurnalistin "Siz Türkiyə istehsalı olan neçə dron cəlb etmisiniz?” – sualına dövlət başçısı gülərək "Hədəflərimizə çatmağımız üçün kifayət qədər varımızdır. Zənnimcə, məni başa düşə bilərsiniz ki, bu, mənim açıqlamamağa üstünlük verdiyim məlumatdır” deyə cavab verib. 

Dövlət başçısı müharibənin gedişatında verdiyi müsahibələrdə PUA-ların önəmindən danışıb. Ali Baş Komandan bildirib ki, PUA-lar insan itkimizin qarşısını aldı: "Düşmənin texnikasını dəqiq məhv etmək üçün mütləq pilotsuz uçan aparatlarına ehtiyacımız var idi. Çox xoşbəxtik ki, qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi gözəl PUA və zərbə PUA-larını istehsal etməyə başlayıb. Azərbaycan ilk ölkələrdəndir ki, bu zərbə PUA-larını ala bilib. Yalnız Türkiyə istehsalı PUA-lar ilə bir milyard dollar dəyərində olan erməni silahlı texnikası məhv edilib. Müharibənin gedişatını çox dəyişdirib. Daha çox insan həlak ola bilərdi. Biz çox xoşbəxt ölkəyik ki, Türkiyə kimi bir müttəfiqimiz, qardaşımız var”.

"Bayraktar TB2"nin yerüstü idarəetmə stansiyası



Kompleks "Bayraktar TB2" PUA platformasından, yerüstü idarəetmə stansiyasından, məlumat terminalından, uzaqdan görüntü terminalından, aerodrom avadanlıqlarına və generatora malik qoşqu vasitəsindən ibarətdir. Taktiki sinfə aid zərbə tipli "Bayraktar TB2" PUA-sı kəşfiyyat və müşahidə missiyaları üçün orta hündürlükdə uzun müddət uçuş üçün təsnif edilən sinfə aiddir. Üç ədəd avionika sistemi və sensor füzyon arxitekturası ilə tam avtonom taksi, qalxma, enmə və normal kreyser uçuşu qabiliyyətinə malikdir. 27 min 30 fut yüksəkliyə qalxmaqla havada 27 saat 3 dəqiqə qalaraq zaman və hündürlük kimi iki əsas rekordu birdən qırıb.

"Bayraktar TB2"-nin uzunluğu 6 metr, kütləsi 650 kiloqramdır. Sürəti 250 km/saat-a qədər qalxa bilir. 8 min metrdən yüksəkliyə qalxa bilən PUA-nın idarəetmə məntəqəsindən 150 kilometr radiusda fəaliyyətinə nəzarət olunur. Dronun faydalı yükü 55 kiloqram olan 4 ədəd lazerlə idarəolunan raketlərdir. Kəşfiyyat, fasiləsiz havadan müşahidə və s. kəşfiyyat tapşırıqlarını uğurla yerinə yetirən PUA-ya, Türkiyənin "Roketsan" şirkətinin MAM-L və MAM-C milli və smart döyüş sursatları inteqrasiya edilib. "Bayraktar TB2" zərbə PUA-sı, quraşdırılan lazer nişangahı ilə hədəfləri yüksək dəqiqliklə nişan alaraq, daşıdığı dörd ağıllı raketlə hədəfi məhv edə bilir. "Bayraktar TB2" hədəfə yaxın ərazilərə zərər verməmək üçün sürətli "gör və məhv et" funksiyasına malikdir. Kompleksin bu xüsusiyyəti mülki əhalinin təhlükəsizliyinin prioritet təşkil etməsinə imkan verir. PUA-nın real zamanda müşahidə və video arxivləmə (BGAM) sistemi yüksək qətnaməli canlı görüntüləri eyni vaxtda çox sayda istifadəçi tərəfindən izlənilməsinə imkan verir. BGAM, istifadəçilərə şəbəkə və ya mobil tətbiqi istifadə etməklə planşetdə canlı görüntüləri etibarlı şəkildə izləməyə imkan verir. Bütün canlı görüntülər BGAM sistemi tərəfindən 30 dəqiqəlik qovluqlarda avtomatik olaraq arxivlənir.

Artıq vətəndaşlar da Müdafiə Nazirliyinin yaydığı görüntülərdə "Bayraktar”ın videoçəkilişin şahidi olub. 

PUA-nın çəni 300 litr yanacaq tutumuna malikdir. "Bayraktar TB2" idarəetmə radiusundan çıxdıqdan sonra tam avtomatik uçuşa nəzarət edə bilir, 3 ehtiyat avtopolit sisteminə malikdir. Dron yürüstü sistemlərindən asılı olayaraq tam avtomatik qalxma və enmə edə bilir. Əvvəldən müəyyən edilən marşrut üzrə GPS asılılığı olmadan özünün daxili naviqasiya sistemi ilə avtomatik uçuş edə bilir. "Baykar"ın hazırladığı mobil yerüstü mobil idarəetmə stansiyası "Bayraktar TB2" platformasına bazadan uzaqda yerləşən ərazilərdə idarəetməni təmin edir və NATO-nun ACE III standartına uyğun qorunma səviyyəsindədir.

Türkiyə bu dronlardan Liviya və Suriyada əməliyyatlar zamanı geniş istifadə edib. "Bayraktar TB2" PUA-sı istehsalçı olan Türkiyə ilə yanaşı, yalnız Azərbaycan, Qətər və Ukraynada var.

Kamikadze "Harop”



Düşməni özü ilə birgə məhv edən bu kiçik dronları İsrail istehsal edir və bu ölkədən başqa yalnız Hindistan və Azərbaycana satılıb. Almaniya isə özünün müəyyən etdiyi xüsusiyyətlərdə "Harop”u birgə istehsal edərək əldə edib. Bu dron anti-radiasiya kateqoriyalı drondur – hədəfin, əsasən radarların yaydığı radiodalğalara kilidlənərək özünü həmin hədəflərə vurur. Digər PUA-lardan fərqli olaraq, əsas döyüş başlığı daşımaqdansa, bu dronun özü bütövlükdə döyüş başlığı sayılır. Hədəfi özünü hədəfə vurmaqla məhv edir. Dron həm avtonom olaraq özünün radar siqnallarını qəbul edən sensorları vasitəsilə hədəfi tapır və məhv edir, yaxud da yerüstü idarəetmə mərkəzindən idarə olunur. Əgər hədəf aşkarlanmazsa, dron özü avtomatik olaraq bazaya qayıdır. Dron dizayn olunarkən ölçüsünün kiçik olması ilə düşmən radarında görünmə ehtimalının aşağı olması nəzərdə saxlanılıb. Bu cür kiçik dronlar düşmənin əsas Hava Hücumundan Müdafiə sistemlərinə demək olar ki görünməz olduqlarına görə (kiçik RCS-ləri olduğuna görə) onlardan asanlıqla yayınırlar və buna görə də onlar döyüşdə ilk sırada göndərilirlər. Beləliklə, düşmənin radar bazalarını, Hava Hücumundan Müdafiə sistemlərini yararsız vəziyyətə saldıqdan sonra digər təyyarələr düşmən Hava Hücumundan Müdafiə (HHM) sistemləri tərəfindən vurulmaq riski daha az şəkildə düşmən ərazisində əməliyyatlara başlayırlar.

Harop havada 6 saat qala bilər və maksimal uçuş məsafəsi 1000 kilometrdir. Harop yerüstü baza və dənizdən buraxıla bilməklə yanaşı, lazım olarsa havadan buraxılmaq üçün də modifikasiya edilə bilər.



Harop ilk dəfə hərbi əməliyyatlara 2016-cı il aprel ayında "4 günlük müharibə” zamanı Azərbaycan tərəfindən istifadə olunmaqla girdi. Bu hadisə dünya hərb tarixində ilk dəfə "gəzən sursatdan” istifadə kimi düşdü. Bu döyüşlərdə Haropla endirilən bütün zərbələr uğurlu alındı. Bunlara Ermənistandan Qarabağ zonasına göndərilən könüllü, birinci Qarabağ müharibəsi veteranlarını daşıyan avtobus da daxildir. Hazırda Azərbaycan ordusu dünyada ən uzaq mənzilə malik PUA-sı olan "Harop”un postsovet məkanında yeganə istifadəçisidir. HHM qüvvələri əsasən nisbətən iri hədəflərə - döyüş təyyarələrinə və idarəolunmaz raketlərə qarşı hesablandığına görə, bu cür kiçik hədəflərə qarşı preventiv tədbirlər görməkdə çətinlik çəkirlər. 

Uzunluğu 2,5 metr, qanad ölçüsü 3 metr, çəkisi 135 kq, döyüş başlığı 23 kq olan "Harop” saatda 185 kilometr/saat sürətlə irəliləyərək havada 6 saat qala bilir və maksimum 1000 km məsafəyə qədər fəaliyyət göstərə bilir.

Mənbə: Qafqazinfo.az
Oxşar xəbərlər

Xəbər lenti

03 Dekabr 2020
10:08

"Qarabağ" "Makkabi"yə qarşı - YENİLƏNİR

09:56

Qarabağda idmanla bağlı yeni təhsil klasterinin yaradılması təklif olundu

09:43

Laçın şəhərinin görüntüləri - VİDEO

08:30

"Qalatasaray" Falkaonu göndərib, başqa bir dünya ulduzunu heyətinə qatır

08:00

UEFA Çempiolar Liqasında inqilab: Format tamamilə dəyişir

02:18

ÇL: “Başakşəhər” yenildi, "Borussiya" 1/8 finalda

00:35

"Traktor" ilk qələbəsini qazandı

02 Dekabr 2020
21:55

"Qarabağ"ın daha bir futbolçusunda koronavirus aşkarlandı

21:15

Məşhur mütəxəssisin COVİD-19 testi müsbət çıxdı

20:47

“Neftçi”də kütləvi yoluxma: 11 nəfərdə pozitiv, baş məşqçidə şübhəli test nəticəsi

20:38

"Real"ın yeni baş məşqçisi - İDDİA

19:59

TFF prezidenti koronavirusa yoluxdu

18:20

Millimizin məşqçisi: "Maradonanın formasını geyindiyim üçün utanıram"

17:56

Həm yarış meydanında, həm də cəbhədə düşmənin belini qıran qazimiz - VİDEO

17:32

"Makkabi"nin müdafiəçisi: "Qarabağ" çox güclüdür"

17:13

Qara Qarayev: "Çox diqqətli olmalıyıq"

16:59

Qurban Qurbanovun köməkçisi: "13-14 futbolçumuz var"

16:46

Həbib 100 milyonluq təklif gözləyir

16:20

Milli Abilimpiya Federasiyası ilə UNICEF arasında memorandum imzalandı

15:48

Əsgərlərimiz Şuşadan çağırış etdi: "Futbolu Mingəçevirə qaytarın!" - VİDEO

15:15

Koronavirusa yoluxan güləşçilərimizin adları bilindi

14:38

"Neftçi"də koronavirus şoku

14:30

"Sivasspor"un baş məşqçisi koronavirusa yoluxdu

13:40

Azərbaycanda Anım Günü və Zəfər Günü qeyd ediləcək - SƏRƏNCAM

13:27

Türkiyə klubunun sabiq futbolçusu xəstəlikdən öldü

13:13

İşğaldan azad olunmuş ərazilərimizin futbol infrastrukturu - ARAŞDIRMA

12:50

Məşhur idmançımız Olimpiadanı gözləməyib, karyerasını bitirdi

12:34

"Qarabağ" - "Makkabi" oyununa hakim təyinatı

12:20

Cıdır düzündən dünya üzünə

11:53

Mahir Emreli koronavirusa yoluxdu

11:45

"Sivasspor"da daha 4 nəfər korponavirusa yoluxdu

11:21

“Qarabağ” İstanbula yollandı - FOTOLAR

10:55

İnqilab Məmmədov I Diviziona göndərildi

10:34

"Qarabağ"ın müdafiəçisi koronavirusdan sağaldı

10:05

İspaniya klubunda koronavirusa yoluxma faktı qeydə alındı

09:27

Zidandan istefa açıqlaması

02:05

ÇL: "Şaxtyor" "Real"ı yenə uddu, "Liverpul" və "Portu" 1/8 finalda

01:28

"Golden Foot" mükafatı superulduza verildi - FOTO

00:29

Məşhur niderlandlı karyerasını bitirir - ÖZÜ DEDİ

00:02

"Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı həmyerlisinə kömək edəcək

01 Dekabr 2020
22:41

"Valensiya"da da yoluxma var

22:21

"Kəpəz"in baş məşqçisi: "Hakim təhqirlə emosional danışığı səhv salıb"

22:14

Koronavirus İngiltərə Premyer Liqasını vurdu

21:55

Rəşad Sadıqov "Zirə"ni təcrid etdi

19:02

"Neftçi" uduzdu, futbolçusu referini döydü - VİDEO

17:50

Kuman Messini Budapeştə aparmır

17:36

UEFA açıqladı: İlin rəmzi komandasına 50 namizəd

16:49

"Formula 1" piloti koronavirusa yoluxdu

16:17

Azərbaycan hərbçiləri Laçın şəhərini bayraqla bəzədi - FOTOLAR

15:50

“Sabah”dan yubiley qolu

15:23

“Qarabağ”da 50-ci oyuna çıxdı

15:11

Azərbaycan Premyer Liqasında mövsümün antirekordu qeydə alındı

15:05

Bu hərbi qulluqçular sabahdan hərbi xidmətdən tərxis ediləcək - RƏSMİ

15:02

Hakimləri söyən futbolçunun cəzası açıqlandı

15:00

"Kəpəz"in baş məşqçisi və "Neftçi"nin futbolçusu cəzalandı

14:57

Maksim Medvedevin səhhəti ilə bağlı son durum açıqlandı

14:52

Mayk Tayson və Roy Cons son döyüşə görə nə qədər qazanıb? - MƏBLƏĞ

14:45

Azərbaycanda 4 426 yeni yoluxma qeydə alındı

14:32

"Barsa" Boqardı nə vaxt tarnsfer edəcək? - SON DURUM

14:19

UEFA-nın AVRO-2020 ilə bağlı ssenarisi

13:56

27 il 4 ay sonra – Ağdamdan reportaj

13:49

Klopp: "Özü bunu bilməsə də, onu həmişə istəmişəm"

13:38

"Real" fransalı ulduza görə Hazarı da verməyə hazırdır

13:17

Qurban Qurbanov "Qarabağ"ın Türkiyədəki matçında iştirak etməyəcək

13:03

PFL "Qarabağ"ın müraciətinə görə təqvimi dəyişdi

12:58

Defo: "Bu ikili dünyanın ən yaxşı hücum tandemidir"

12:43

Prezident məhv edilmiş Ermənistan ordusunun texnikalarının sayını açıqladı

12:37

"İnter"in yarımmüdafiəçisi bu qış getmək istəyir

12:35

Azərbaycan Prezidenti: "İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur"

12:28

"Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır" - İlham Əliyev

Facebookdan bizi izləməyi unutmayın.