Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.
Almaniyanın "Borussiya Dortmund" klubu öz meydanında İngiltərə "Çelsi"sini qəbul edib. Meydan sahibləri bu oyundan minimal hesabla qalib ayrılıblar.
Gecənin digər matçında isə Portuqaliya "Benfika"sı səfərdə Belçika "Brügge"sinin qonağı olub. Bu oyunda da qonaqlar inamlı qələbəyə seviniblər.
Qeyd edək ki, 1/8 finalın ilk oyun günündə Almaniya "Bayern Münhen"i Fransada PSJ-yə, İtaliya "Milan"ı isə evdə İngiltərə "Tottenhem"inə 1:0 hesabı ilə qalib gəlib.
UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar
15 fevral
"Borussiya Dortmund" (Almaniya) - "Çelsi" (İngiltərə) 1:0
Qol: Adeyemi, 63.
Baş hakim: Xesus Gil Manzano (İspaniya)
Dortmund, "Siqnal İduna Park" stadionu
"Brügge" (Belçika) - "Benfika" (Portuqaliya) 0:2
Qol: J.Mario, 51-pen. D.Neres, 88.
Baş hakim: Davide Massa (İtaliya)
Brügge, "Yan Breydel" stadionu.