Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsində daha iki cavab qarşılaşması keçirilib.
Fanat.Az xəbər verir, ki, beləliklə 1/4 finalın növbəti iştirakçıları bəlli olub.
Gecənin ən prinsipial matçı Almaniyada reallaşıb. Fransadakı ilk görüşdə PSJ-yə 1:0 hesabı ilə qalib gələn "Bayern Münhen" üstünlüyünü doğma meydanda qorumağa çalışıb. Evdə daha inamlı hesabla qalib gələn Almaniya nəhəngi PSJ-ni mübarizədən kənarlaşdırıb.
İtaliya "Milan"ı isə İngiltərədə "Tottenhem"in qonağı olub. İtaliyalılar da Milandakı ilk qarşılaşmada minimal hesablı qələbə qazanmışdılar - 1:0. Cavab görüşündə qapılara qol vurulmadığından, İtaliya təmsilçisi növbəti mərhələyə yüksələn tərəf olub.
Qeyd edək ki, daha əvvəl Portuqaliyanın "Benfika" və İngiltərənin "Çelsi" komandaları 1/4 finala vəsiqə qazanıblar.
UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
8 mart
"Tottenhem" (İngiltərə) - "Milan" (İtaliya) 0:0
Baş hakim: Klemen Türpin (Fransa)
İlk oyun - 0:1
London, "Tottenhem Hotspur" stadionu.
"Bayern Münhen" (Almaniya) - PSJ (Fransa) 2:0
Qol: E.Şupo-Motinq, 61. S.Qnabri, 89.
Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun - 1:0
"Münhen Futbol Arenası".