"Çelsi"nin hücumçusu Rahim Sterlinq 2014-cü ilin sentyabrında debüt etdiyi Çempionlar Liqasında 44 məhsuldar göstərici (27 qol və 17 məhsuldar ötürmə) ilə yadda qalıb.
Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, həmin vaxtdan bəri heç bir ingiltərəli oyunçu ÇL-də belə nəticəyə imza atmağı bacarmayıb.
Bundan başqa, Sterlinq qitənin ən nüfuzlu klub turnirində rekord sayda - 30 qol vurmuş Ueyn Runiyə də yaxınlaşıb. Hazırda sözügedən futbolçunu Runidən 3 qol ayırır.
Qeyd edək ki, ÇL-in 1/8 final mərhələsinin cavab qarşılaşmasında səfərdə 0:1 hesabı ilə uduzduğu Dortmund "Borussiya"sını 2 cavabsız qolla yenən "Çelsi" adını 1/4 finala yazdırıb. "Zadəganlar"ın ilk qoluna Sterlinq imza atıb.
Nihat