"Arsenal"ın və Fransa millisinin əfsanəvi hücumçusu Tyeri Anri Çempionlar Liqasının yarımfinal mərhələsində baş tutacaq "Mançester Siti" - "Real Madrid" duelini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, veteran futbolçu "CBS Sports" kanalına müsahibəsində favoritini açıqlayıb:
“Mən "Real"a yox, “Mançester Siti”yə üstünlük verirəm. Onlar Çempionlar Liqasının qalibi olacaqlar.
Qvardiolanın Çempionlar Liqasında "Mançester Siti" ilə qələbə qazanmasının vaxtıdır. Bununla da o, ÇL-də yaxşı nəticə göstərə bilmədiyi barədə bitməyən söz-söhbətlərə son qoyacaq. Mən Qvardiolanın “Mançester Siti” ilə Çempionlar Liqasını qazanmasını istərdim”.
Qeyd edək ki, "Real Madrid" və "Mançester Siti" arasında yarımfinal oyunları 9-17 may tarixlərində olacaq.
Mirağa