İstanbulda keçiriləcək Çempionlar Liqasının final matçının biletləri satışa çıxarılıb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
"Atatürk" Olimpiya Stadionunda olacaq həlledici görüşün biletlərinin qiyməti 70-690 avro arasında dəyişir. II və III kateqoriyalar üzrə biletlərin qiyməti 180 və 490 avro təşkil edir.
Qeyd edək ki, sözügedən matç iyunun 10-da baş tutacaq. Həlledici görüşdə "Real Madrid" - "Mançester Siti" və "İnter" - "Milan" cütlərinin qalibləri qarşılaşacaq.
Röya