"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunundan - bu gün səfərdə "Mançester Siti"yə qarşı keçirəcəkləri matçdan danışıb.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:
"İlk oyunla müqayisədə daha yaxşı edə biləcəyimiz bəzi şeylər var. Oyuna aşırı motivasiya ilə çıxacağıq. Bilirik ki, çətin olacaq. Ancaq bu məqamın yüksək səviyyəli futbol sərgiləməyimizə yardımçı olacağını düşünürəm. Biz ötən mövsüm olduğu kimi, yenə də daha bir önəmli hədəfə çatmağa yaxınıq".
Qeyd edək ki, tərəflərin ilk dueli 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Nihat