"Real Madrid"in müdafiəçisi Daniel Karvaxal komandasının Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Mançester Siti"yə 0:4 hesabı ilə uduzaraq mübarizəni dayandırmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, evdə heç-heçə etdiyi (1:1) rəqibinə İngiltərədə boyun əyərək finalsız qalan İspaniya nəhənginin futbolçusu UEFA-nın saytına danışıb:
"Biz bu qarşılaşmada bizdən güclü olan rəqibə uduzduq. Onlar kifayət qədər inamlı qələbə qazandılar. Bizdə isə uğurlu matç üçün nələrsə çatmadı. İş oyuna köklənməkdə yox, onların bizi qapımıza sıxışdırmasına mane ola bilməməyimizdədir. Ən yaxşı qol imkanlarımız ikinci yarıya təsadüf etdi. Bilirdik ki, "Siti" evdə çox güclüdür. Ancaq ilk oyundan sonra bizdə belə bir fikir yaranmışdı ki, daha yaxşı oynaya bilərdik.
Biz madridlilərik. Daha güclü olacaq, gələn mövsüm turnirin bu mərhələsində mübarizə aparmaq üçün öz üzərimizdə işləyəcəyik"
Nihat