Çempionlar Liqasının I təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"a rəqib olan Cəbəllütariq "Linkoln"u İspaniyada təlim-məşq toplanışındadır.
Fanat.Az xəbər verir ki, qitənin ən nüfuzlu turnirinə hazırlaşan "qırmızı iblislər" ötən gün Andalusiyada yoxlama görüşü keçirib.
"Linkoln"un rəqibi İraq millisi olub. Cəbəllütariq çempionu görüşdən 1:2 məğlub ayrılıb. İspaniyalı baş məşqçi Xavi Munyos vətənindəki oyunda əsasən gənclərə şans verib. Komandanın bir neçə aparıcı oyunçusu Cəbəllütariq millisinin düşərgəsində olduğu üçün Conatan Skortino, Kalim Smit, Çarlz Ayodele, Lee Mifsud, Yulian Laqua, Lee Çipolina və Kay Mauro oynamaq şansı qazanıblar.
"Linkoln" növbəti sınaq matçını iyunun 23-də İspaniyanın aşağı liqa komandalarından olan "Almunesar Siti"yə qarşı keçirəcək.
Mirağa