“Əsas işimizi artıq görmüşük, qrupda oynayacağıq”.
Fanat.Az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Maksim Medvedev deyib.
Sabah Avropa Liqasının qrupunda qarşılaşacaqları Norveç “Mölde”si ilə görüş ərəfəsində iştirak edən komandanın kapitanı görüşü dəyərləndirib.
"Komandanın uğurun davamını gətirməsi üçün bu il yaxşı imkanı var. Futbolçular hər şeyi edəcəklər ki, daha da irəliləyək. Hazırda komandada elə atmosfer yaranıb ki, hamı oynamaq istəyir, heyət genişlənib. Məşqdə də görünür ki, hamı meydana çıxmağa hazırdır. İnanıram ki, belə həvəslə bu il daha böyük uğur əldə edə biləcəyik".
Medvedev öz durumundan da danışıb: “Ola bilsin ki, az oynayıram. Amma daim komanda ilə birlikdəyəm. Çalışıram ki, özümü yaxşı performansda saxlayım. Oyunda ala bilmədiklərimi məşqdə edirəm. Uzun müddət böyük oyunlar oynamasam da, təcrübəm var, beynimdə hər şey qalıb. Uşaqlara baxanda da, analiz edirəm. Daim özümü oyundakı kimi saxlayıram. Fiziki durumumu isə məşqdə düzəldirəm”.