Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçirdiyi ev oyununda Dortmund "Borussiya"sına 0:1 hesabı ilə uduzan "Nyukasl"ın baş məşqçisi Eddi Hau oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, BBC onun dediklərini belə çatdırıb:
"Rəqib taktiki planda yaxşı təsir bağışladı. Bizə mərkəzdə problemlər yaratdılar. İkinci hissədə isə biz daha yaxşı göründük, amma top qapıdan keçmək istəmirdi. Unutmayaq ki, biz top komandalarla mübarizə aparırıq. Belə səviyyəli matçlarda bir qədər səhv etsən, səni dərhal cəzalandıracaqlar.
İkinci hissədə fəallaşdıq, qol imkanları yaratdıq. Ancaq stadionumuzun qapıları bizə kömək etmədilər. İndi qrupdan çıxmaq üçün daha çox çalışmalıyıq. Çempionlar Liqasındayıq, çətin olacaq. Heç nə asan başa gəlmir. Toparlanmalı və irəli baxmalıyıq. Məğlubiyyətə layiq olduğumuzu düşünmürəm".
Nihat