"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçında Şotlandiyanın "Seltik"i üzərində qazandıqları böyük hesablı qələbədən danışıb.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi şotlandlara 6:0 hesabı ilə qalib gəlib.
Görüşdə dubl edən fransalı forvard matçla bağlı UEFA-nın mətbuat xidmətinə bunları deyib: “Oyuna əla başladıq, halbuki əvvəllər bunu edə bilmmirdik. Rəqibin meydanda azlıda qalması bizə meydanda rahatlıq və daha çox sərbəstlik verdi. "Atletiko əla oyun keçirdi, eyni ruhda davam etməliyik".
Çempionlar Liqasının qrup mərhələsinin dörd turundan sonra “Atletiko” səkkiz xal toplayıb və dördlükdə liderdir.
Mirağa