“Milan”ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının qrup mərhələsinin V turunun ən vacib oyununda doğma azarkeşlərin köməyinə ümid edir.
Fanat.Az xəbər verir ki, İtaliyanın "ITASportPress" agentliyi Piolinin "Borussiya Dortmund"la oyun öncəsi dediklərini belə çatdırıb:
"Rəqibin müdafiədən oynayacağına hazırlaşırıq. Lakin onlar hələ Çempionlar Liqası matçında "San Siro"nun necə yer olduğunu bilmirlər. Azarkeşlər bizə fantastik zirvələri fəth etməyimizə kömək edəcəklər”.
"Milan" - "Borussiya Dortmund" matçı bu gecə saat 00:00-da başlayacaq. Məğlubiyyət və ya heç-heçə “Milan”ın vəziyyətini xeyli pisləşdirəcək.
Mirağa